Layers panelində dizayn üçün Smart Object qatının kiçik şəklinə iki dəfə kliklə.
Açılan sənəddə dizaynını yerləşdir. File → Save ilə yadda saxla və əsas sənədə qayıt.
Nəticəni yoxla. File → Export As → JPG və ya PNG ilə təqdimat şəklini çıxar.
Smart Object qaydası üçün rəsmi izah: photopea.com/learn/smart-objects.
EYNİ DİZAYN. FƏRQLİ ƏHVAL.
Rəngləri dəyiş. Fərqi gör.
Bir palitra seç. Adına və HEX koduna kliklə — kodu kopyala.
LUMA
Gününə yaxşı başla.
Dəqiq rəng dəyəri HEX kodudur. Red Orange, Yellow Punk və Neon Jade bu nümunələrdə istifadə olunan dizayn adlarıdır; çap standartı və ya Pantone kodu deyil.
BOŞ SƏHİFƏDƏN BAŞLAMA
Bir layihəni sona çatdır.
01
Brifi yaz
Kim üçün hazırlayırsan? Məhsul nədir? Brend necə görünməlidir? Üç qısa cavab yaz.
02
Loqo və rəng seç
Adobe Express-də variant hazırla. Huemint-də palitranı real tərtibatda yoxla.
03
Daşıyıcıya yerləşdir
Vizitka, etiket və ya paket mokapı seç. Dizaynı yerləşdir və oxunaqlılığı yoxla.
04
Portfolioya yığ
Loqo, palitra və 2–3 tətbiq nümunəsi ilə qısa təqdimat hazırla. Seçimlərini izah et.
Başlamazdan əvvəl.
Bu saytların hamısı tam pulsuzdur? +
Burada pulsuz istifadə yolu olan alətləri seçmişik. Bəzi xidmətlərdə əlavə funksiyalar, şablonlar və ya planlar ödənişlidir. Hər kartda məhdudiyyəti qeyd etmişik. Saytdakı Free seçimlərindən başla.
LUMA real müştəri layihəsidir? +
Xeyr. LUMA izah üçün yaratdığımız tədris konseptidir. Fotorealistik qablaşdırma şəkli süni intellektlə yaradılıb; bu, göstərilən servislərin hazır şablonu deyil. Buradakı alətlərlə öz işini ayrıca hazırlaya bilərsən.
Hazır loqonu müştəriyə sata bilərəm? +
Elementlərin və şriftlərin lisenziyasını, kommersiya istifadəsini və brendin orijinallığını yoxla. Pulsuz şablon avtomatik olaraq eksklüziv ticarət nişanı hüququ vermir. Müştəriyə hansı hissələrin hazır resurs olduğunu açıq de.